Xəbər verildiyi kimi, iyulun 8-də Balakən ABAD mərkəzində regiondakı sahibkarlar üçün Orqanik kənd təsərrüfatı və Global G.A.P. (Qabaqcıl kənd təsərrüfatı praktikası) təlimi keçirilib. Təlimçilərdən biri Avropada 10 mindən artıq kənd təsərrüfatı subyektini sertifikatlaşdırmış Orser sertifikatlaşdırma və inspeksiya təşkilatının Azərbaycandakı nümayəndəsi beynəlxalq idarəemə standartları üzrə mütəxəssis, «Bureau De Qualite» Azərbaycanın direktoru Asif İbrahimov olub.
Eləcə də bax:Şərab şirkətinin səhmdarları yeni başçı seçmək üçün - TOPLAŞACAQLAR
- Asif müəllim bu təlimin təşkil edilməsində məqsəd nə idi?
- Təlimin təşkil edilməsində məqsəd reqionlarda fəaliyyət göstərən kənd təsərrüfatı subyektlərini və qida istehsalçılarını Orqanik kənd təsərrüfatı və Global G.A.P. (Qabaqcıl kənd təsərrüfatı praktikası) üzrə tələblərlə bağlı məlumatlandırmaq idi.
- Təlimdə kimlər itirak edirdi?
- Təlimdə Balakən , Zaqatala, Oğuz, Qax , Qəbələ təsərrüfatçıları iştirak edib. İştirakçılar Meyvəçilik, Göbələk, Meyvə şirəsi və kompot, Meyvə-tərəvəz, çərəz qabalaşdırılması, Dondurma, Yağ istehsalı, Quşçuluq, Mürəbbə, Qənnadı və quru meyvəçilik, Xurma qurudulması, Quşçuluq (toyuq, bildirçin, qırqovul), Pendir və Mürəbbə istehsalı sahələrini təmsil ediblər.
- İştirakçıları əsasən hansı suallar maraqlandırırdı?
- ABAD-la birgə layihə çərçivəsində təşkil edilən təlimdə orqanik kənd təsərrüfatı məhsullarının istehsal edilməsində və Global G.A.P. yerli və beynəlxlaq qanunvericiliyin tələbləri,Avropa İttifaqının müvafiq direktivləri, ABŞ-ın National Organic Program (NOP) və Global G.A.P. standartı, eyni zamanda kənd təsərrüfatı subyektlərinin və qida istehsalçılarının üzləşdiyi problemlərlə bağlı verilən suallar cavablandırıldı.
- Təlimdə əsas hansı məsələlər barədə məlumat verildi?
- Təlimdə toxunulan əsas məsələlər orqanik kənd təsərrüfatı və Global G.A.P standartlarının tətbiq edilmə mərhələləri, bu praktikaların tətbiqi nəticəsində kənd təsərrüfatı subyektlərinin və qida istehsalçılarının əldə edəcəkləri üstünlüklər olub. İştirakçılara Avropa İttifaqının Ticarət portalı (Trace) haqqında da məlumat verilib.
Təlimə qatılanlar Xəstəlik və Zərərvericilərlə mübarizədə Avropa İttifaqında müvafiq direktivlə icazə verilmiş gübrələr haqqında da məlumat alıblar. Diqqət mərkəzində olan məsələlərdən biri sintetik gübrələrlər,pestisidlərlə, böyümə requlyatırları və digər kimyavi preparatlarla istehsal edilmiş kənd təsərrüfatı məhsullarının insanların sağlamlığına təsiri olub.
Nəhayət, tədbir iştirakçılarını maraqlandıran əsas mövzular bu standartların tətbiqinin gətirəcəyi iqtisadi səmərəlilik və xarici bazarlarda təmsil olunmaq imknaları olub.
- Asif müəllim, hazırda Azərbaycanda orqanik kənd təsərrüfatı malları ilə bağlı standartlar ən çox nəyə görə aktualdır?
- Dünyada mineral-sintetik gübrələrin və pestisidlərin kənd təsərrüfatında və qida sənayesində intensiv istifadəsi müxtəlif kimyəvi maddələrin biosfer qatına illik daxil olma əmsalını artırır. Son dövrlərdə xəstəliklərin artması insanların yaddaş pozqunluqları kimi hallar bu kimi bu məsələlərdən qaynaqlanır. İnsanların sağlamlığı üçün sintetik vasitələrlə ərsəyə gətirilmiş qidaların istifadəsi məhdudlaşmalıdır. Sağlam gələcək və sağlam cəmiyyət formalaşdırmaq məqsədi ilə istehsal etdiyimiz kənd təsərrüfatı və qida məhsullarınanın ərsəyə gəlməsində özümüz səy göstərməsək övladlarımıza qeyri-sağlam gələcək buraxmayaq.Ölkəmizdə istehsal olunan kənd təsrrüfatı və qida məhsullarının Rusiya bazarından başqa yeni bazarlada da satılmasına imkan yaradacaq.
- Təlimdə iştirak edənlər bu standartların tətbiq ilə bağlı ən çox hansı məqamları önə çəkirdilər?
- İştirakçılar əsasən bu stantartların tələbləri, standartların tətbiqi zamanı dövlət tərəfindən dəstəyin olub olmayacağı ilə maraqlanırdılar. Bundan başqa, istifadə edilməsinə icazə verilən gübrələrin siyahısı və bu stantartların tətbiqinin onlara hansı üstünlükləri verəcəyi və s.-də soruşulurdu.
- Bundan sonra belə təlimlər harada davam edəcək?
- Bundan sonra bu tip təlimlərin, ABAD rəhbərliyi ilə razılaşdırmaqla respublikamızın bütün ABAD mərkəzlərində keçirilməsi gözlənilir.