Avropa İttifaqı Moldovada kiçik sahibkarlvarın işıq pulu xərclərini qarşılamaq üçün yeni proqrama başlayıb.
Azərbaycanda qanunsuz tikilmiş obyektlərin elektrik şəbəkəsinə qoşulması - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, bu proqram çərçivəsində Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatı vasitəsilə 1000-dən artıq sahibkarın işıq pulu xərcləri kompensasiya edilib.
Artıq bu ilin əvvəlindən avqust ayınadək ödənilən məbləğ 110 ley və ya 6,7m milyon dolları keçib.
Bu addım Moldova hökuməti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə sahibkarlara dəstək proqramının bir hissəsidir. İndiyədək bu proqram çərçivəsində 1055 müəssisə və sahibkara dəstək verilib. Bunlardan 550-si Sahibkarlığın İnkişafı Təşkilatının xətti ilə həyata keçirilib – sahibkarlardan 2160 müraciət daxil olub və 87 milyon ley (təqribən 5 milyon dollar) ödənilib.
505 sahibkar isə Kənd təsərrüfatında sahibkarlara dəstək Agentliyinin xətti ilə yardım alıb, 1674 müraciət əsasında 24 milyon ley və ya 1,7 milyon dollar ödəniş edilib. Bu proqramın ilin sonunadək davam edəcəyi gözlənilir.