Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
FED.az xəbər verir ki, yenilənmiş qanunda deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və yaxud tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və yaxud tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.
Bu qanun yanvarın 1-dən qüvvəyə minir.