“Avromed” QSC mərkəzi ABŞ-da yerləşən «Johnson&Johnson» şirkətinin rəsmi «Twitter» hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşımından sonra sözügedən brend ilə əlaqələri kəsmək qərarına gəlib.
Ermənilərin tərəfini tutan “Johnson & Johnson”un Azərbaycandakı məhsulları - SİYAHI
FED.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşma ortaya qoyan «Johnson&Johnson» şirkətinin məhsullarının satışı tamamilə dayandırılıb.
«Avromed» QSC tərəfindən bildirilib ki, xüsusilə informasiya müharibəsində iştirak etdiyimiz bir vaxtda beynəlxalq şirkətlərin bu cür yanlış məlumatlar yayması yolverilməzdir. “Avromed” şirkəti bu istiqamətdə hər zaman ölkəmizə dəstək olmağa hazırdır.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda «Johnson&Johnson» brendinin müxtəlif növ gigiyena məhsullarının satışı həyata keçirilirdi.