Mərkəzi ABŞ-da yerləşən “Johnson Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
FED.az oxu.az-a istinadən xəbər verir ki, şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub.
Qeyd etmək lazımdır ki, 1886-cı ildə qurulan “Johnson Johnson” korporasiyası Azərbaycanda da müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir.
Belə ki, “Johnson Johnson LLC” Azərbaycanda aşağıdakı markaların satışını həyata keçirir:
Dəri üçün olan məhsullar - “Le Petit Marseillais”, “Clean Clear”, “Neutrogena Norveç Formulu”, “Johnson’s” məhsulları;
O cümlədən, uşaqlar üçün - “Desitin”, “Johnson's Baby” məhsulları;
Qadın gigiyenası üçün - “Carefree”, O.B. məhsulları;
Ağız boşluğu təmizliyi üçün - “Reach”, “Listerine”, “Metroqil Denta” məhsulları;
Mədə - bağırsaq preparatları – “İmodium”, “Микроклизма Микролакс” məhsulları;
Soyuqdəyməyə və qrip əlehinə - “Geksoral”, “Doktor MOM”, “Rinza”, “Tizin” məhsulları;
Digərləri – “Vizin”, “Nikorette” məhsulları.
Şirkət məhsullarının dünya üzrə mənfi imici formalaşıb. Bir çox xarici mənbələrdə şirkət məhsullarının insan sağlamlığına mənfi təsir göstərdiyi qeyd edilib.
2017-ci ildə şirkətə qarşı daimi müştərisi tərəfindən məhkəmə işi başladılıb. Məhkəmə işi sağlamlığının şirkətin məhsullarına görə pozulduğunu deyən zərərçəkənin xeyrinə yekunlaşıb və məhkəməni açan şəxsə şirkət tərəfindən 110 milyon dollar ödənişin edilməsinə dair qərar qəbul edilib.
Həmçinin, “Johnson Johnson LLC”-nin uşaqlar üçün nəzərdə tutulan məhsullarının xüsusilə təhlükəli olduğu iddia edilir.