Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri Qarabağın yenidən qurulması və bərpası prosesindən kənarda qalmayıb, hər biri müvafiq sahədə aparılan işlərə öz töhfələrini verib.
ATİB nümayəndə heyəti “TAC” MMC-ni ziyarət edib - FOTOLAR
FED.az xəbər verir ki, bu sözləri ATİB tərəfindən keçirilən "Suveren Azərbaycan - Biznesdə yeni cığır" adlı konfransda qurumun İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.
Onun sözlərinə görə, ATİB üzvləri həm tikinti və infrastruktur layihələrində, həm də sosial layihələrdə yaxından iştirak edib, eyni zamanda işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaqla yeni iş yerləri yaradıb və iqtisadiyyatın inkişafına təkan verib: "Bu gün də məqsədimiz onların fəaliyyəti geniş ictimaiyyətə təqdim etmək, ATİB olaraq Azərbaycanın inkişafı və rifahı naminə bütün fəaliyyətlərdə əlimizdən gələni əsirgəmədiyimizi və bundan sonra da əsirgəməyəcəyimizi nümayiş etdirməkdir".











