Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “TAC” MMC-ni ziyarət edib.
FED.AZ xəbər verir ki, şirkətin ofisində keçirilən görüşdə “TAC” MMC-nin prezidenti Fuad Mehdiyev, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Birliyin üzvü Lamiyə Bayramova və Katibliyin nümayəndələri iştirak ediblər.
“TAC” MMC-nin ATİB-in üzvləri sırasında olmasınından məmnunluğunu ifadə edən İdarə Heyətinin sədri Mürsəl Rüstəmov eyni zamanda Şirkətin illər ərzində Birliyin bütün təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Sədr həmçinin bu qarşılıqlı fəaliyyətin ölkədə qida sənayesinin inkişafına və bu sahədə biznes münasibətlərinin dərinləşməsinə xidmət etdiyinə inandığını dilə gətirib.
ATİB İdarə Heyəti sədrinə diqqətinə və tərəfdaşlıqla bağlı müsbət fikirlərinə təşəkkür edən “TAC” MMC-nin prezidenti Fuad Mehdiyev bu cür dialoqların biznes mühitində qarşılıqlı anlayışın və əməkdaşlıq imkanlarının formalaşması baxımından əhəmiyyətini vurğulayıb. Fuad Mehdiyev “TAC” MMC-nin istehsal etdiyi məhsulların yüksək keyfiyyətə malik olması və unikal dad profilinin Şirkətə rəqabət üstünlüyü qazandırdığını, istehsal səviyyəsinin yüksəldilməsinin şirkətin davamlı inkişaf strategiyasını gücləndirdiyini və bununla ölkə iqtisadiyyatına verilən töhfəni artırdığını qeyd edib.
Daha sonra şirkətin istehsal fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə zavoda baxış keçirilib.




![ATİB nümayəndə heyəti “TAC” MMC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4933509.jpg)
![ATİB nümayəndə heyəti “TAC” MMC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/670548.jpg)
![ATİB nümayəndə heyəti “TAC” MMC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/169109.jpg)
![ATİB nümayəndə heyəti “TAC” MMC-ni ziyarət edib - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2922323.jpg)







