Azərbaycan Türkiyə İş Adamları Birliyininin (ATİB) nümayəndə heyəti Bakıda keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə aktiv işrtirak iştirak edir.
FED.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sərgidə ATİB-i İdarə Heyətinin üzvü Rafiq Qarayev və Katibliyin əməkdaşları təmsil edirələr.
Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin “Made in Azerbaijan” brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
Sərgidə ATİB üzvləri “Tonuby Group”, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki və “Xonça” fabriki, “Evrika” liseyi, “İstanbul Reklam Market” və “İnci Group of Companies” şirkətlərı öz stendləri ilə iştirak edib.
ATİB nümayəndə heyəti sərgidə stendləri ziyarət edib, təqdim olunan məhsul və xidmətlərlə yaxından tanış olub, iştirakçı şirkətlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgi iyunun 20-dək davam edəcək.






![ATİB nümayəndə heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə aktiv iştirak edir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/791322.jpg)
![ATİB nümayəndə heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə aktiv iştirak edir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3070726.jpg)
![ATİB nümayəndə heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə aktiv iştirak edir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3534241.jpg)
![ATİB nümayəndə heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə aktiv iştirak edir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2521020.jpg)
![ATİB nümayəndə heyəti Bakıda keçirilən "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə aktiv iştirak edir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2893219.jpg)









