Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Baş müşaviri Nevzat Bozkurt və Ticarət müşavirinin yerli katibi Məmməd Əliyev Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qəbul edib.
Məlumata görə, nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı, eləcə də yerli biznes dairələri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində oynadığı roldan bəhs edib.
Nevzat Bozkurt isə öz növbəsində Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşərək, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində tərəflər iki qardaş ölkə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Baş müşaviri Nevzat Bozkurta ATİB adından xatirə hədiyəsi təqdim edilib.






![ATİB-də Türkiyə Səfirliyinin Ticarət Baş müşaviri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3569135.jpeg)
![ATİB-də Türkiyə Səfirliyinin Ticarət Baş müşaviri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1837527.jpeg)









