Rusiyanın yuxu məhsulları istehsalçısı olan “Askona” şirkəti Azərbaycan bazarına daxil olub.
Eləcə də bax: Azərbaycanda iri ticarət şəbəkələri birləşdi – BÖYÜK ŞƏBƏKƏ YARANDI
FED.az xəbər verir ki, şirkət artıq Bakıda iki firma mağazası açıb.
“Biz ilk iki mağazanı açmışıq, lakin 2022-ci ildə beş, 2023-cü ildə isə daha beş ticarət nöqtəsi açmağı planlaşdırırıq”, - deyə şirkətin icraçı direktoru Vladimir Korçaqov qeyd edib.
“Askona” 2022-ci ildə Azərbaycanda biznesin inkişafına 20 milyon rubl sərmayə yatırıb. (İnterfaks-Azərbaycan)