Azərbaycanda iri ticarət şəbəkələrinin birləşməsi prosesi davam edir.
Eləcə də bax: Azərbaycanda 4 şirkət - “PMD Group”a QOŞULDU
Bir neçə iri – mağazalarının sayı onlarla ölçülən iri şəbəkələrlə rəqabət aparmaq üçün nisbətən az filiala malik olan şəbəələr yenidən qruplaşırlar.
FED.az xəbər verir ki, «Qrand Mart»-«Bolmart» cütlüyü indiyədək müstəqil fəaliyyət göstərən «Bizim Market» şəbəkəsini özünə birləşdirib. «Bizim market»lə birlikdə fəaliyyət göstərən «Novas Home» şəbəkəsi də yeni qrupa birləşib.
Xatırladaq ki, indiyədək «Qrandmart» şəbəkəsinin 13 filialı, «Bolmart»ın 5 filialı vardı. Onlara yenicə birləşən «Bizim Market»in 10 filialı olduğunu nəzərə alanda yeni yaranan qurum 28 mağazaya sahib olacaq.