"Azərbaycan şirkətlərinin Çinə, bu ölkənin şirkətlərinin isə Azərbaycana böyük maraq var. Azərbaycan şirkətləri Çinin sürətlə inkişaf edən texnologiyalarından faydalana bilər".
Eləcə də bax: Bu gün Bakıda Çin məhsulları sərgisi - AÇILIR
FED.az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində keçirilən və oktyabrın 28-nə qədər davam edəcək Çin şirkətlərinin sərgisində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse prezidenti Vüqar Zeynalov bildirib.
"Biz bu sərgini 2 il əvvəl təşkil etməyi planlaşdırırdıq, lakin koronavirus (COVID-19) pandemiyasına görə təxirə salındı. Nəzərdə tutulub ki, bu sərgi hər il keçirilsin.", - o deyib.
Sərgidə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov isə deyib ki, sərginin Azərbaycan və Çin şirkətləri üçün uğurlu olacağına ümid edir.
"Biz sərgi iştirakçılarına hər cür dəstək göstərməyə hazırıq. İnanırıq ki, sərgi iştirakçılar üçün maraqlı olacaq", - o qeyd edib. (Report)