Bu gün Bakıda, Bakı Ekspo Mərkəzində Çin məhsulları sərgisinin rəsmi açılışı olacaq. Açılışda KOBİA, AZPROMO və ASK-ın rəhbərləri çıxış edəcəklər və sonra stendləri ziyarət edəcəklər.
FED.az xəbər verir ki, sərgidə müxtəlif sektorlardan 80-nə yaxın Çin istehsalçı şirkətinin məhsulları nümayiş etdiriləcək.
Sərgi 26-27-28 oktyabr 2022-ci il tarixlərində davam edəcək.
İştirak pulsuzdur. İştirakçılar "Koroğlu" metrosundan sərgiyə avtobusla pulsuz çatdırılacaq.
Siz və əməkdaşlarınız "Qeydiyyat linki"nə keçidlə və ya fotodakı QR kod vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.