Veysəloğlu Şirkətlər Qrupunun strukturunda olan “Araz” supermarketlər şəbəkəsi, yaxud hüquqi adı ilə “Araz Supermarket” MMC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Veysəloğlu Şirkətlər Qrupunda - TƏYİNAT OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Pərviz Qasımov şirkətin İdarə Heyətinin üzvü seçilib. Bu vəzifənin icrasına 2023-cü ilin aprelində başlayıb.
2020-ci ildən 2023-cü ilə qədər Veysəloğlu Şirkətlər Qrupunun törəmə şirkəti olan “AVT Logistics”də İnsan Resursları Departamentinin müdiri kimi başlayıb.
Bakalavr təhsilini Qafqaz Universitetinin “İnzibati idarəetmə, dövlət və bələdiyyə idarəetməsi” fakültəsində alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənayenin təşkili və idarəetməsi” fakültəsinin, ABŞ-ın Corc Vaşinqton Universitetinin Layihə İdarəetmə Məktəbinin məzunudur.
Pərviz Qasımov müxtəlif illərdə “Aztexnika” şirkətində İR direktoru, “Azərtexnolayn” şirkətində Polad Boru Zavodunun direktoru, SOCAR, “Azneft” İB-də İR Departamenti müdiri, SOCAR Baş Ofisində Təlim və İnkişaf şöbəsinin müdiri kimi fəaliyyət göstərib.