Zaur Zeynalov Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru (CEO) Ofisinin Direktoru vəzifəsinə təyin edilib.
SOCAR və Petrofac-ın birgə biznesinə yeni rəhbər - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkət bildirir.
İnsan resurslarının idarəedilməsi sahəsində 14 ildən artıq iş təcrübəsinə malik olan Zaur Zeynalov Veysəloğlu Şirkətlər Qrupuna 2017-ci ildə İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin rəhbəri olaraq qoşulub. Daha sonra Qrup Müşahidə Şurasının Protokol direktoru vəzifəsini icra edib. Mütəxəssis bir müddət “Araz Supermarket”də İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) olaraq fəaliyyət göstərib. İnsan resursları, SƏTƏM, İnzibati işlər, Daxili kommunikasiya strukturlarına rəhbərlik edib.
Zaur Zeynalov ali təhsilini 2006-cı ildə Milli Aviasiya Akademiyasında “İqtisadiyyat və Hüquq” fakültəsində “Menecment” ixtisası üzrə alıb. Lean Six Sigma üzrə yaşıl kəmər, insan resursları idarəetməsi üzrə SHRM-SCP sertifikatlarına yiyələnib. 2021-ci ildə Harvard Business School-un CORe proqramı çərçivəsində biznes analitikası, menecerlər üçün iqtisadiyyat və maliyyə idarəetməsi istiqamətində təhsilini artırıb.