ABŞ Federal Ehtiyat Sistemi (FED) aprel-iyun ayları üçün "ABŞ-ın Maliyyə Hesabları" hesabatını dərc edib.
Eləcə də bax: Fed sədrinin çıxışı ən varlı amerikalıların - 78 MİLYARD DOLLARINI SİLDİ
FED.az xəbər verir ki, hesabata görə, ölkədə ev təsərrüfatlarının (ailələrin) ümumi sərvəti ilin ikinci rübündə 143,8 trilyon dollara düşüb.
ABŞ-da ev təsərrüfatlarının ümumi sərvəti bu ilin ikinci rübündə birinci rüblə müqayisədə 4,1 faiz azalıb.
Amerikalıların sərvəti bu ilin birinci rübündə 149,9 trilyon dollara düşmüşdü ki, bu da son iki ildə ilk dəfə azalma olmuşdu.
İlin ikinci rübündə səhmlər cəmi 7,7 trilyon dollar dəyər itirib, daşınmaz əmlakın ümumi dəyəri isə 1,4 trilyon dollar artıb.
Bu ilin ikinci rübündə Amerika ailəsinin ümumi borcu illik müqayisədə 7,4 faiz artıb.
Sözügedən dövrdə istehlak kreditləri illik 8,5 faiz, mənzil kreditləri (ipoteka) isə 8,8 faiz artıb. (Marja)