ABŞ-ın məşhur iş adamları – İlon Mask, Cef Bezos, Uorren Bafet, Corc Soros və başqaları öz sərvətləri və gəlirlərinin cüzi hissəsindən vergi ödəyir, bəzən isə ümumiyyətlə vergi ödəmirmişlər.
Eləcə də bax: ABŞ-ın tanınmış şirkəti Azərbaycanın maliyyə bazarına - Daxil Olur
FED.az xəbər verir ki, bu barədə «ProPublica» layihəsinin araşdırmasında bildirilir. Layihənin jurnalistləri ABŞ-ın ən varlı minlərlə vətəndaşının vergi bəyannamələrinə çıxış əldə ediblər.
Jurnalistlər Amerikanın ən varlı 25 vətəndaşının vergi bəyannamələrindəki məlumatları onların sərvəti ilə müqayisə edərək onlar üçün «əsl vergi dərəcəsini hesablayıblar».
«Forbes»in məlumatına görə, 2014-cü ildən 2018-ci ilədək ABŞ-ın ən varlı 25 vətəndaşının sərvəti ümumilikdə 401 milyard dollar artıb. Amma onlar bu məbləğdən cəmi 13,6 milyard dollar vergi ödəyiblər.
Beləliklə «ProPublica»nın məlumatına görə, belələri üçün real vergi dərəcəsi cəmi 3,4% təşkil edib.
Halbuki, orta amerikalı ailə ildə 70 min dollar qazandığı halda 14% vergi ödəyir.
Məsələn, SpaceX və Tesla-nın sahibi İlona Maskın sərvəti 2014-2018-ci illərdə 13,9 milyard dollar artıb. Buna baxmayaraq o bu məbləğin cəmi 1,52 milyard dollarını bəyan edib və 455 milyon dollar vergi ödəyib. Jurnalistlər hesablaıb ki, İlon Mask üçün «əsl vergi dərəcəsi» cəmi 3,27% təşkil edib. 2018-ci ildə isə Tesla-nın sahibi ümumiyətlə vergi ödəməyib.
Eyni dövrdə «Amazon»un təsisçisi Ceff Bezosun sərfəli 99 milyard dollar artıb. Amma «ProPublica»nın məlumatına g.örə o cəmi 973 milyon dollar gəlr vergisi ödəyib. Nəticədə Bezos üçün real vergi dərəcəsi 0,98% təşkil edib. 2007-ci ildə isə Bezos ümumiyətlə vergi ödəməyib.
Məşhur milyardçı Maykl Blumberq 2018-ci ildə 2 milyard dollar qazanıb, amma Trampın prezidentliyi dövründə tətbiq edilən vergi əvəzləşdirmələri sayəsində cəmi 70,7 milyon dollar vergi ödəyib. Yəni onun üçün vergi dərəcəsi 70,7 milyon dollar təşkil edib.
Digər məşhur milyardçı Corc Soros isə 2016-2018-ci illərdə ümumiyətlə gəlir vergisi ödəməyib. Jurnalistlər qeyd edir ki, amerikalı milyardçılar vergidən yayınmaq üçün, ali adamların əli çatmayan müxtəlif üsullardan istifadə edirlər. Onların sərvətinin artamı isə əsasən onlara məxsus olan aktivlərin - səhm və daşınmaz əmlakların sürətli bahalaşması nəticəsində baş verir. Amerika qanunvericiliyinə görə, bu gəlirlər vergiyə cəlb olunmur. Jurnalistlər bununla bağlı haqqında danışılan şəxslərin özlərinin fikirlərini öyrənməyə çalışıblar. İlon Mask söhbətin nədən getdiyini bildikdən sonra sorğulara ümumiyətlə cavab verməyib. Corc Sorosun nümaynədəsi bildirib ki, milyardçı 2016-2018-ci illərdə ona görə vergi ödəməyib ki, həmin illərdə yatırdığı vəsaitləri itirib, yəni gəliri olmayıb. Maykl Blumberq və Uorrena Baffetin nümaynədələri isə bildirib ki, onlar qanunda nəzərdə tutulduğu qədər vergi ödəyiblər.
«ProPublica»da dərc olunan bu araşdırma ABŞ-da bomba kimi partlayıb, özü də təkcə vergidən yayınmağa görə yox.
ABŞ Maliyyə Nazirliyi hüquq mühafizə orqanlarına tapşırıb ki, ölkə vətəndaşlarının vergi sənədlərinin jurnalistlərin əlinə necə keçdiyini araşdırsın. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, dövlətə məxsus istənilən bağlı məlumatına açıqlanması qanunsuzdur. ABŞ-ın vergi xidmətinin rəhbəri də bununla bağlı araşdırmanın başlandığını elan edib.
Qeyd edək ki, hələ iki il əvvəl ABŞ-da prezident seçkiləri kampaniyası başlayanda demokrat Co Bayden varlılar üçün vergi dərəcələrini artıracağnı bəyan etmişdi. Bu mənada «ProPublica»da dərc olunan bu araşdırma ABŞ hökuməti üçün varlıların vergisini artırmaq üçün yaxşı səbəb ola bilər.