Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamı vaxtında atılmış addımdır.
Eləcə də bax: Dövlət dəstəyi alan sahibkarların - SAYI VƏ MƏBLƏĞ AÇIQLANIB
FED.az xəbər evrir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") prezidenti Nuran Kərimov bildirib.
"Biz həm zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi üzrə maliyyə yardımını, həm də vergi ödəyicilərinə, fərdi sahibkarlara yardımı yüksək qiymətləndiririk və əminik ki, bu yardım paketi, qanunvericilikdə güzəştlər bununla məhdudlaşmayacaq, yaxın zamanda sahibkarlar üçün əlavə tədbirlər planı da hazırlanacaq.
Bütün bu tədbirlərin həyata keçirilməsində hökumətin operativliyi çox önəmlidir. Bu vaxta qədər qərarların tez qəbul olunması baxımından sahibkarlara və vergi ödəyicilərinə yardım göstərilməsi baxımından hökumətin atdığı addımlar təqdirəlayiqdir", - o bildirib.
N.Kərimovun sözlərinə görə, bu çətin dövrdə "AmCham"ın üzvləri ilə sıx əlaqə qurulub: "Biz onlayn konfrans vasitəsilə yaranmış vəziyyətdə palata üzvlərinin çətinliklərini öyrənirik, ehtiyaclarını başa düşməyə çalışırıq. "AmCham" üzvləri arasında keçirilən yazılı sorğu hər bir kəsin fərdi ehtiyaclarını öyrənməyə və hökumətdən hansı kömək və dəstəyi gözlədiklərini aydınlaşdırmağa kömək edir. Biz həmçinin palata üzvlərinin də rəy və təkliflərini qəbul edirik. Sorğu yaxın günlərdə tamamlanacaq və nəticəsini hökumətdə olan partnyorlarımızla paylaşacağıq".