Amazon 2022-ci ilin aprel-iyun ayları üzrə balans hesabatlarını açıqlayıb.
Eləcə də bax: “Amazon” “Facebook”da 10 min qrupun administratorlarını - MƏHKƏMƏYƏ VERİB
FED.az xəbər verir ki, şirkətin bu ilin aprel-iyun dövründə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 121,2 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə Amazonun satışları 113,1 milyard dollar olmuşdu.
Keçən ilin ikinci rübündə 7,8 milyard dollar mənfəət açıqlayan Amazon, bu ilin eyni dövründə 2 milyard dollar zərər etdiyini açıqlayıb.
Şirkətin bu ilin ikinci rübündə səhm üzrə zərəri 0,20 dollar təşkil edib. Amazon ötən ilin ikinci rübündə hər səhmə görə 0,76 dollar mənfəət əldə etmişdi. (Marja)