“Amazon” şirkəti “Facebook” sosial şəbəkəsində 10 mindən çox qrupun administratorlarına qarşı iddia qaldırıb. Şirkət onları pul və ya pulsuz məhsullar müqabilində saxta icmalların əlaqələndirilməsində ittiham edir.
Eləcə də bax: Azərbaycan əhalisinin - 51%-i "Facebook" İstifadəçisidir
FED.az xəbər verir ki, “Amazon” şirkətinin nümayəndələri iyulun 19-da şirkətin veb-saytında bu barədə məlumat yerləşdiriblər. Həmin məlumatda bildirilir ki, “Facebook” qrupları ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və Yaponiyadakı mağazalar haqqında “stimullaşdırıcı və ya çaşdırıcı rəylər dərc etmək istəyən” adamları toplamaq üçün yaradılıb.
Saxta rəylər problemi istər “Amazon” üçün, istərsə də bütövlükdə onlayn kommersiya üçün təzə problem deyil. “Amazon” şirkəti özü daha əvvəl, onun sözlərinə görə, saxta rəylər təklif edən bəzi adamları məhkəməyə verib. bu adamlar. Hərçənd, qanunvericilər və tənzimləyici orqanlar soruşurlar: şirkət bu problemə qarşı mübarizə aparmaq üçün kifayət qədər çalışırmı?
Keçən il Böyük Britaniyanın antiinhisar orqanları alıcıların qorunması üçün “Gooqle” şirkəti və internet mağaza tərəfindən adekvat tədbirlər görülüb-görülmədiyini təhqiq etməyə başlayıblar.
“Amazon” şirkətinin bəyanatında bildirilir ki, “Facebook” hədəf qruplarından birinin 43 mindən çox iştirakçısı var. Bu qrupun rəhbərliyi 2020-ci ildən bəri “Facebook”un “ana şirkəti olan “Meta”nın müvafiq departamentlərinə 10 mindən çox saxta rəy qrupu barədə məlumat verib. “Amazon” nümayəndələrinin sözlərinə görə, “Meta” şirkəti həmin qrupların yarısını kənarlaşdırıb, digər qruplar barəsində təhqiqat aparılır. (Azərtac)