2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 81 milyon 242 min dollar dəyərində 27 min 888 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 316 min dollar və ya 3,9%, miqdar ifadəsilə isə 4 min 293 ton, başqa sözlə 13,3% azalıb.
2024-cü ildə isə Azərbaycandan 84 milyon 558 min dollar dəyərində 32 min 181 ton alüminium ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4 manat 95 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 4 manat 47 qəpik idi. Bu da illik müqayisədə 48 qəpik və ya 10,7% artım deməkdir.
Bu il ümumi ixracın 0,74%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,77%-i alüminiumun payına düşüb.