Fransanın lüks geyim markası LVMH-nin (Moët Hennessy Louis Vuitton) qurucusu və baş direktoru Bernard Arnault altı ay əvvəl dünyanın ən varlı adamı olsa da, sərvəti 24 milyard dollar "əridiyi" üçün üçüncü yerə düşüb.
Dünyanın ən zəngin ikinci adamı Zukerberq olub
FED.az xəbər verir ki, mart ayının sonunda Arnault təxminən 231 milyard dollar sərvətə sahib idi. Sentyabrın əvvəlinə olan məlumata görə, Arnaultun sərvəti 201 milyard dollara düşüb və onu Bloomberg-in Milyarderlər İndeksi siyahısındakı 500 nəfər arasında ən böyük sərvət itkisinə məruz qalan milyarderlərdən biri edib.
LVMH şirkətinin səhmləri zəif tələb səbəbindən mart ayında pik nöqtəsindən təxminən 24 faiz aşağı düşüb. (Marja)