Oktyabrın 21-25-də Almaniyanın iş adamlarından ibarət olan nümayəndə heyəti Azərbaycana işgüzar səfər edəcək.
Dünyanın ən böyük investisiya şirkətinin aktivlərinin dəyəri 11 trilyon dolları ötdü
FED.az xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) bildirilib.
“Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı” adlı missiya Almaniyanın Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin təşəbbüsü ilə baş tutacaq. 5 günlük səfərin əsas məqsədi dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı mövzusuna yönəlib.
"Səfər çərçivəsində alman sahibkarlar Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar, habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərlə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar",- deyə məlumatda qeyd edilib.