Dünyanın ən böyük investisiya holdinqi olan “BlackRock”un idarə etdiyi aktivlər ardıcıl üçüncü rübdə rekord səviyyəyə çatdı.
“Dow Jones” və “S&P 500” indeksləri tarixi maksimumu yeniləyib
FED.az xəbər verir ki, ABŞ səhm bazarının yüksəlməsi və investor axınlarının artması şirkətin aktivlərini 11.48 trilyon dollara qədər artırdı. Keçən ilin eyni dövründə bu göstərici 9.10 trilyon dollar, ikinci rübdə isə 10.65 trilyon dollar idi.
“BlackRock”, həm ictimai, həm də özəl bazarları birləşdirərək investorlar üçün hərtərəfli platforma olmağı hədəfləyir.
Səhm bazarlarında artımlar və S&P 500 indeksinin 5.4% yüksəlməsi nəticəsində “BlackRock”un xalis gəliri isə keçən ilin eyni dövründəki 1.60 milyard dollardan 1.63 milyard dollara yüksəldi.
Xatırladaq ki, üçüncü rübdə “BlackRock” Amerika investisiya fondu “Global Infrastructure Partners”in (GIP) 12.5 milyard dollara satın almışdı.
Bundan əlavə, yaxın gələcəkdə şirkət maliyyə məlumatlarının və alternativ investisiya bazarlarının toplanması və təhlili üzrə ixtisaslaşan Britaniyanın “Preqin” şirkətini almağı planlaşdırır