Koronavirusun dünyada yayılması ilə bağlı məhdudiyyətlər Avropanın "Airbus" aviasiya-kosmik korporasiyasını sərnişin təyyarələrinin istehsalını üçdə bir azaltmağa məcbur edib.
Eləcə də bax: "Səyahət qadağası"na görə səhmləri - KƏSKİN UCUZLAŞDI
FED.az "trend"ə istinadən xəbər verir ki, şirkət bu barədə öz saytında müvafiq bəyanat yerləşdirib.
"İxtisarlar [İstehsalın] öncəki moronavirus dövrü ilə müqayisədə təxminən üçdə bir təşkil edib", - bəyanatda bildirilir. Yeni normativlər A320, A330 və A350 növ təyyarələr üçün nəzərdə tutulub və ayda müvafiq olaraq 40, 2 və 6 təşkil edib.
Sənədə əsasən, birinci rübdə Airbus 290 kommersiya təyyarəsi üçün sifarişilər alıb və 122-ni təhvil verib. Rüb ərzində daha 60-ı istehsal olunub, lakin onların alınması sifarışçilər tərəfindən təxirə salınıb.
"Pandemiyanın təsiri görünməmiş. Airbus - da insanların qorunması və koronavirusa qarşı mübarizənin dəstəklənməsi bu zaman bizim əsas prioritetlərimizdir", - deyə CEO Guillaume Fori bildirib. Bəyanatda, həmçinin qeyd edilir ki, indi korporasiya tibbi avadanlığın, o cümlədən üz maskalarının və ağ ciyərlərin süni ventilyasiyası aparatlarının işlənib hazırlanmasını və çatdırılmasını fəal şəkildə dəstəkləyir.