ABŞ-ın Avropa səyahətinə qadağa qoymasından sonra "Airbus"ın səhmləri kəskin düşüb.
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü gecədən etibarən İngiltərə xaric Avropadan gələn bütün səyahətləri 30 gün müddətinə dayandırdıqlarını bildirib.
"Avropa Birliyi lazımi tədbirləri görməyib." deyən Tramp, virusun ABŞ-a bu ölkələrdən olan insanlar vasitəsilə ötürüldüyünə diqqət çəkib.
Cümə günü gecədən uçuşların dayandırılması cümə axşamı “Airbus”-ın səhmləri 10%-dən çox düşməsinə səbəb olub. Həmçinin Avropada yerləşən aviasiya şirkətinin səhmləri bu həftə 13,87% düşüb.