Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Agro-Tech Solutions” MMC-nin nizamnamə kapitalı 9 milyon 580 min 510 manata qaldırılıb.
FED.az xəbər verir ki, bununla da kapital 518 min manat və ya 5.4 faiz artırılıb.
Şirkətin nizamnamə kapitalı bundan öncə 9 milyon 62 min 510 manat idi.
Xatırladaq ki, “Agro-Tech Solutions” MMC 2016-cı ildə təsis edilib. Qanuni təmsilçisi Eldar Adilzadə Mahmud oğludur. Hüquqi ünvanı AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, NƏRİMAN NƏRİMANOV PR., ev.206, məh.466 ünvanıdır.












