Azərbaycan Prezidentinin təsdiq etdiyi 2030-cu il üçün Milli Prioritetlər sırasında yer alan hədəflərdən biri də dövlət-özəl əməkdaşlığının inkişafı və korporativ idarəetmənin daha da gücləndirilməsidir.
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, bu gün Bakıda keçirilən CEO Cummit tədbirində bildirib.
«Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat, sosial infrastuktur, kommunal sektorlarında daha uğurla tətbiq olunur. Həmçinin dövlət-özəl əməkdaşlığı sahəsində layihələrin uğurla həyata keçirilməsi nəticəsində sosialyönümlü bir sıra çətinliklər aradan qaldırıla bilər»-deyə KOBİA rəhbəri bildirib.
O.Məmmədov bildirib ki, dövlət özəl əməkdaşlığı xüsusi kapitalın, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır, dövlət büdcəsinin yükü azaldılır, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir. «Biz KOBİA olaraq dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıyıq».