“AQA Şirkətlər Qrupu” QSC-nin (AGA Group) biznes mərkəzini idarə edən şirkətin rəhbəri dəyişir.
Eləcə də bax: KOBİA-ya yeni sədr müavini - Təyin Edilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Caspian Plaza” biznes mərkəzini idarə edən “Kaspian İnvestment Kompani” MMC-nin direktoru Zakir Əşəri vəzifəsindən istefa verib.
Onun yerinə Rahim Əliyev təyin edilib. R.Əliyev 2020-ci ilin oktyabrından ana şirkət olan “AGA Group”da administrativ direktor kimi çalışır.
“Kaspian İnvestment Kompani” MMC 1993-cü ildə yaradılıb.