İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yeni sədr müavini təyin edilib.
Eləcə də bax: "Azərkosmos"un müvəqqəti rəhbəri - NAZİR MÜAVİNİ OLDU
FED.az xəbər verir ki, bu, Samir Hümbətovdur.
O, indiyə qədər nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyəti (İH) sədrinin müavini olub, yeni vəzifəsində bir qədər əvvəl Birləşmiş Tranzit Operatorunun direktoru təyin olunmuş Tamerlan Vahabovu əvəz edib.
***
S.Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
O, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır, 2002-2017-ci illərdə SİF-də məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri, 2018-ci ildə "Azərbaycan İpoteka Fondu" ASC-də İH sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb, 2019-cu ildən isə SİF-in rəhbərliyinə gətirilib.
S.Hümbətov ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub, dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi alıb. (Report)