Azərbaycanda parfumeriya və kosmetika mağazalar şəbəkəsinə sahib “Adore Kompani” MMC-nin (əvvəlki Ideal Kompani) baş direktoru dəyişib.
“Adore” mağazalar şəbəkəsi nizamnamə kapitalını - 99 FAİZ AZALDIB
FED.az xəbər verir ki, şirkətə bundan sonra Kamal Abdullayev Ramiz oğlu rəhbərlik edəcək. Buna qədər şirkətə Nərmin İsmayılova Vəkil qızı rəhbərlik edirdi.
N.İsmayılova paralel olaraq 2020-ci ilsən “Gazelli Group” MMC-yə də rəhbərlik edirdi.
Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi. (Banker.az)