FED.az məlumat verir ki, "Financial Times"a istinadən xəbər verilir ki, ABŞ 112 milyard dollar məbləğində Çin məhsullarına tətbiq etdiyi gömrük tariflərini ləğv etməyi müzakirə edir. Bu tarifələr 1 Sentyabrda 15% olaraq tətbiq olunmağa başlanmışdır.
Eləcə də bax: "Çin ABŞ-ın iqtisadi tələblərinə boyun əyməyəcək"
Gömrük tarifləri tətbiq edilən məhsullar geyimləri, elektrikli ev alətlərini və monitorlardan ibarətdir.
ABŞ bu addımı ilə, Pekinin əhəmiyyətli tələblərindən birini qarşılamış olacaq. ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping tərəfindən qarşıdakı həftələrdə atəşkəsin imzalanacağı gözlənilir. Hər iki dövlət atəşkəsin maddələri üzərində çalışır.
Ancaq bunun qarşılığında Vaşinqtonun ehtimalla bəzi tələbləri olacaq. Bu tələblər arasında Amerika şirkətlərinin əqli mülkiyyət hüquqlarının qorunması, Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışına daha da açıqlıq gətirilməsi və razılaşmanın imza mərasiminin ABŞ torpaqlarında reallaşdırılması yer alır.
ABŞ, çinli müzakirəçilərin Oktyabr ayının əvvəlində ABŞ-ı ziyarət etmələrinin ardından, 15 Oktyabrda qüvvəyə minməsi planlaşdırılmış 250 milyard dollarlıq Çin məhsullarına gömrük tariflərini 25%-dən 30%-ə qaldırmaq qərarını təxirə salıb.
Marja