Bəzi restoranlara hətta fevral ayının ortalarından rezervasiya üçün müraciətə başlanılıb.
Gül bazarında bahalaşma var - VİDEO
FED.az xəbər verir ki, iaşə obyektlərindən birinin meneceri İbrahim Cəlilov deyir ki, sözügedən gün üçün qiymətlərdə artım nəzərdə tutulmayıb. İki nəfərlik masada ortalama hesab 50-60, dörd nəfərlik masada isə 100-150 manat arası dəyişə bilər.
Satıcılar bildirdilər ki, əgər buketə müxtəlif növ güllər əlavə olunarsa, qiymətlər bir qədər də qalxır. Həmçinin, mövsümi olmayan və istixana şəraitində yetişdirilən güllər digərlərindən daha bahadır.
8 Martda xanımlar üçün 40 manatdan 8 min manatadək, hətta daha yüksək qiymətə gül buketi hazırlatmaq mümkündür.
Müəyyən müddət qalıcılığı ilə seçilən hədiyyələrdən biri də ətirdir ki, xüsusi günlərdə daha çox tələbat olur. Keyfiyyətli qadın ətirlərinin qiymətləri isə 40-500 manat arasında dəyişir. (Xezerxeber.az)