Azərbaycanın iri ticarət şəbəkələri illik göstəricilərini açıqlayırlar.
Azərbaycanda market şəbəkələri - BİRLƏŞDİ
«Megastore» 20 milyon manatlıq dövriyyədən - CƏMİ 4 MİN MANAT QAZANIB – RƏSMİ HESABAT
FED.az xəbər verir ki, 27 marketə sahib olan «Grand Mart» şəbəkəsinin sahibi «Grand Mart» MMC də hesabatını açıqlayıb.
2022-ci ildə şirkətin satışdan gəlirləri, yəni satışın illik dövriyyəsi 215 milyon 634 min manat olub. 2021-ci illə müqayisədə satış dövriyyəsi 83 milyon manat və ya 63% artıb.
Satışın, yəni satılan məhsulların 190 milyon manat olub, bu göstərici isə 2021-ci illə müqayisədə 72 milyon manat və ya 62% artıb.
Nəticədə 2022-ci ildə şirkətin satışdan məcmu mənfəəti 25,7 milyon manat olub.
2022-ci ildə «Grand Mart» MMC marketinq məqsədləri ilə 652 min manat xərcləyib. Ümumi və inzibati xərclər isə 25 milyon manat olub.
Nəticədə şirkətin ililk fəaliyyətinin nəticəsi olaraq əməliyyat mənfəəti 73,9 min manat olub. Bundan 14,8 min manat vergi xərcləri çıxıldıqdan sonra «Grand Mart» MMC 2022-ci ili 59,1 min manat xalis mənfəətlə tamamlayıb. Maraqlıdır ki, bu rəqəm şirkətin ötənilki göstəricisindən hələ 7 dəfə artıqdır - «Grand Mart» MMC 2021-ci ili 8,8 min manat mənfəətlə tamalamışdı.
2022-ci ildə «Grand Mart» MMC sürətlə böyüyüb – cəmi aktivləri 20 milyon manat artaaq 79,6 milyon manata çatıb. Bunun 61,2 milyon manatı marketlərdə və anbarlarda olan mal-material ehtiyatlarıdır.
Şirkətin kapitalı dəyişməyib – 12 milyon manatdır.
Öhdəlikləri isə 20 milyon manat artaraq 47 milyondan 67 milyon manata yüksəlib.