Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə fəaliyyət göstərən “Gilan Holdinq”in törəmə şirkətini cərimələyib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Gilan Seramik” MMC şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
Eləcə də bax: Tanınmış şirkət Mərkəzi Bankın qaydasını pozduğuna görə cərimələnib
Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb “İXM-nin 430.4-cü maddəsi ilə inzibati iş üzrə icraata xitam verilib”, – deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, şikayətə 28 iyun tarixində baxılacaq.