Şirvan şəhərində qeydiyyata alınan 50 manat nizamnamə kapitalı olan şirkətin dövlət qarşısında 1 milyon 197.66 min manatlıq vergi borcu var.
Eləcə də bax: 600 minlik vergi borcu olan şirkət - Tenderin Qalibi Oldu
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, “Chinar İstehsalat” MMC-dir.
Bununla bağlı 22 sentyabr 2020-ci il tarixinə olan vahid bazada qeyd edilib.
Lakin şirkət Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, vergi məsələsinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı vergilər idarəsini məhkəməyə verib.
“Chinar İstehsalat” – 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elşad Allahverdiyev Oqtay oğlu-dur.