Pop qrupu BTS-in üzvü, Cənubi Koreyanın pop musiqiçisi Taehyung-un, ISOI adlı bir Koreya kosmetika markasının məhsulunu dodağına sürtdüyü videonun sosial mediada yayılmasının ardından şirkətin anbarlarında həmin məhsul qısa müddət ərizndə tükənib.
Eləcə də bax: Kosmetikaların yarısında xərçəng yaradan maddə varmış - ARAŞDIRMA
FED.az xəbər verir ki, marka sosial media üzərindən sənətçiyə təşəkkür edib.
Bir klipin kamera arxası görüntülərində olan 3 saniyəlik görüntüdə Taehyung dodağına pomadanı sürtərkən görünür.
Bunu fərq edən pərəstişkarlar məhsulun markasını və modelini tapıb internet saytlarından satın almağa başlayıb. Markanın adının forumlarda və sosial media səhifələrində yayılmasının ardından məhsullar qısa müddət ərzində satılıb.
Satışların ardından, yerli bir marka olan ISOI musiqiçiyə təşəkkür edib. Mövzu ilə əlaqədar açıqlama edən şirkət, satışlarındakı ani kəskin artım qarşısında şok olduqlarını bildirib.
Xaricdəki satış saytlarının anbarlarında tükənən məhsulun Koreyada hələ satışı var. (Marja)