“Vornado” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “Baku Hospitality Group” MMC-yə qoşulub.
Eləcə də bax: “Gilan Holding” turizm şirkətini də bu şəxsin idarəçiliyinə verib – TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki,“Baku Hospitality Group” Məhdud Məsuliyyətli Cəmiyyəti “Vornado” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, “Vornado” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 25 360 756 manat və qanuni təmsilçisi Orxan Əhmədli idi.
Paytaxtın iki mehmanxanası və beş restoranı Baku Hospitality Group-un himayəsindədir. Baku Hospitality Group 2017-ci ildə otelçilər tərəfindən yaradılıb.