Dünyanın ən varlı adamı Cef Beyzos bir günə 13 milyard dollar (təxminən 22,1 milyard manat) qazanıb.
Eləcə də bax: Bu yazı ləng qərarverənlər üçündür - CEFF BEYZOSUN «PMÇ.» METODU
FED.az xəbər verir ki, bu, Beyzos iyulun 20-dəki qazancına görə Bloomberg Milyarderlər İndeksinin yaradıldığı vaxtdan (2012-ci ildən) bəri bir gündə ən çox pul qazanan adam kimi tarixə düşüb.
2026-cı ildə ilk ABŞ trilyoneri ola bilər.
Beyzos 2020-ci ilin əvvəlindən dünyada koronavirusun yayılması ilə mübarizə apararkən 74 milyard dollar qazanıb. Onun ümumi sərvəti 189 milyard 300 milyon dollara çatıb. 1995-ci ildə məşhur iş adamı tərəfindən qurulan “Amazon” hazırda dünyanın ən dəyərli və güclü şirkətlərindən birinə çevrilib. Təxmini hesablamalara görə, Cef Beyzos 2026-cı ildə 1 trilyon dollar qazanaraq ilk ABŞ trilyoneri olacaq.
Pandemiya dövründə milyarderlərin sərvəti 700 milyard dollar artıb.
Amerikalılar üçün Vergi Ədliyyə Şurasının və Siyasət Tədqiqatları İnstitutunun təhlilinə görə, 600 amerikan milyarderin sərvəti virusun ABŞ-da yayılmağa balşadığından bu yana ümumilikdə 700 milyard dollar artıb.