2023-cü ilin birinci yarısında Omanda Azərbaycan məhsullarının pavilyonunun açılması gözlənilir.
Eləcə də bax: Ərəblər Azərbaycanda böyük xalça - SİFARİŞ EDİBLƏR
FED.az xəbər verir ki, bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar layihənin icrası bir qədər ləngisə də, artıq bu gün bu istiqamətdə zəruri addımlar atılır və hazırlıq işləri görülür.
“Analoji pavilyonların İordaniya və Livanda da açılacağını istisna etmirik. Əsas komponent əks tərəfdaşların olmasıdır. Oman layihəsi bu gün aktual və kifayət qədər reallaşa biləcək layihə hesab olunur”, - deyə Y.Əliyev qeyd edib.
Layihə çərçivəsində məhsulların saxlanılması üçün anbarlar da yaradılacaq.