Ukraynada müharibənin başladığı 2022-ci il fevralın 24 tarixindən sonra Gürcüstana daimi və ya müvəqqəti yaşayış icazəsi ilə gələn Rusiya vətəndaşları tərəfindən 1 550 şirkət qeydiyyatdan keçirilib.
Rusiyada yarım milyon ədəd saxta «Puma» və «Adidas» - KROSSOVKALARI TAPILIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, sözügedən şirkətlərin təsis olunmasında Rusiya Federasiyasının vətəndaşı olan 1 957 nəfər iştirak edib və mülkiyyət hüququ onlara məxsusdur.
Ümumilikdə isə sözügedən dövr ərzində 25 689 Rusiya vətəndaşı Gürcüstanda fərdi sahibkar kimi qeydiyyata alınıb. (Apa)