2021-ci ilin Biznes Planı və Büdcə layihələri müzakirə edilib.
Eləcə də bax: Prezidentdən “Azərbaycan Sənaye Korporasiyası” ilə bağlı yeni - Fərman
FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin verdiyi məlumata əsasən, 2021-ci ilin Biznes Plan və Büdcə layihələrinin müzakirəsi üzrə video-konfrans formatında toplantı keçirilib.
Onlayn toplantıda Korporasiyanın mərkəzi aparatının və törəmə müəssisələrinin rəhbər heyətləri iştirak ediblər. Müzakirələrdə cari ilin faktiki göstəriciləri və yekun proqnozları, həmçinin COVID-19 pandemiyasının həm ölkə daxilində, həm də dünya bazarında biznes mühitinə və iqtisadi fəallığa mənfi təsirləri ətraflı təhlil edilib, yaranmış suallar cavablandırılıb.
Qeyd olunan amillər, biznes riskləri və optimallaşdırma tədbirləri ilə yanaşı, həmçinin yeni biznes imkanlarının araşdırılması istiqamətində həyata keçirilən işlər də nəzərə alınaraq törəmə müəssisələrə 2021-ci ilin əməliyyat büdcəsi və investisiya planı üzrə lazımi tapşırıqlar verilib.
2021-ci ilin büdcə layihəsi təsdiq olunması üçün yaxın günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasına təqdim ediləcək.