Fransanın süd məhsulları istehsalçısı olan "Danone" şirkəti xərclərin azaldılması proqramı çərçivəsində 1 500 - 2 000 işçisini ixtisar etməyi planlaşdırır.
Eləcə də bax: Virus Azərbaycanda hansı sahələrdə ixtisarlara səbəb olub? (SİYAHI)
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
"Fəaliyyətimizin sadələşdirilməsi və təkamülü yerli və qlobal qərargahlarda təxminən 1 500-2 000 vəzifənin azaldılması ilə nəticələnəcək, vəzifələrin 25%-i qlobal qərargahlarımızı əhatə edəcək", - açıqlamada deyilir.
Bu tədbirlər şirkətin 2023-cü ilədək 700 mln. avro həcmində ümumi və inzibati xərclər də daxil olmaqla 1 mlrd. avro vəsaitə qənaət etməyə imkan yaradacaq. Bu vəsaitlər şirkətin böyüməsinin və gəlirliliyinin təmin edilməsinə yönəldiləcək.
Xatırladaq ki, "Danone" 1919-cu ildə təsis edilib. Hazırda şirkət 140-dan çox ölkədə mövcuddur. (APA)