18 yaşlı italyan Klemente del Vekkio 3,5 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olub.
Azərbaycanlı milyarder Vahid Ələkbərovun sərvəti - 3 MİLYARD DOLLARDAN ÇOX ARTIB
FED.az Amerikanın “Forbes” nəşrinə istinadən xəbər verir ki, Klemente dünyanın ən böyük eynək istehsalçısı olan Luxottica-nın («Ray Ban» brendinin sahibidir və «Chanel», «Prada» və digər lüks brendlər üçün çərçivələr istehsal edir) yaradıcısı Leonardo del Vecchio-nun yeddi övladının ən kiçiyidir. Ən gənc milyarder olaraq o, 18 yaşında atasından biznesin bir hissəsini miras alan almaniyalı Kevin David Lehmann-ın yerinə keçdi. Leman ailəsi Almaniyanın «Dm-drogerie markt» apteklər şəbəkəsinin sahibidir.
İtaliyanın ən varlı adamlarından biri Leonardo del Vekkio 2022-ci ilin iyununda vəfat edib və geridə 25,5 milyard dollarlıq sərvət qoyub. Sahibkarın varisləri Delfin holdinqində pay alıblar, onun vasitəsilə iş adamı Luxottica və digər şirkətlərdə, o cümlədən İtaliyanın Mediobanca və UniCredit banklarında səhmlərə sahib idi.
Klemente del Vekkionun gələn ay 19 yaşı tamam olur. Forbes-də onun mərhum atanın biznesinin idarə olunmasında iştirak edib-etməməsi barədə məlumat yoxdur.