2023-cü ilin əvvəlindən etibarən Rusiya milyarderlərinin ümumi sərvəti 13 milyard dollardan çox artıb.
Eləcə də bax: Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb
FED.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi özünün tərtib etdiyi «Bloomberg Billionaires Index» siyahısına istinadən xəbər verir.
Agentliyin hesablamalarına görə, 2023-cü ilin əvvəlindən Rusiyalı milyardderlər 13,17 milyard dollar qazanıblar.
Bu hesablama milyarderlərin sahib olduğu səhmlərin qiymətinin dəyişməsi əsasında aparılıb. İlin ilk 3 ayında «Lukoyl»un yaradıcısı Vahid Ələkbərovun, «Novatek» rəhbəri Leonid Mixelson və başqa milyarderlənrin sərvəti artıb.
İlin əvvəlindən bəri «Lukoyl»un yaradıcısı Vahid Ələkbərov 3,17 milyard dollar qazanıb və onun sərvəti 18,5 milyard dollara yüksəlib. Leonid Mixelsonun sərvəti 1,65 milyard dollar artaraq 26,3 milyard dollara yüksəlib.