2021-ci ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Sahibkarların İnkişafı Fondunun məlumatına görə, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1428 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Güzəştli kreditlərin alınması asanlaşdı - QAYDALAR DƏYİŞDİ – YENİLİKLƏR
Qeyd edilən dövr ərzində kreditlərin layihə sayı üzrə 99.8%-i, kreditin məbləği üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin layihə sayı üzrə 94,6%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşür. Kreditin məbləğinə görə verilmiş kreditlərin 82%-ni kənd təsərrüfatı məhsulları istehsalı və sənaye məhsullarının istehsalı və emalı təşkil edir.