2023-cü ilin yanvar-noyabr aylarında 140,5 milyon dollar dəyərində pomidor ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 10,3 milyon dollar və ya 6,8% azalıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 150,8 milyon dollar dəyərində pomidor ixrac edilib.
Təkcə noyabr ayında 14,4 milyon dollarlıq pomidor ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon dollar və ya 5,1% çoxdur.
2022-ci ilin noyabr ayında 13,7 milyon dollarlıq pomidor ixrac edilib.