Deloitte, Raffles Family Office, Royal Bank of Canada və Campden Wealth-in çərşənbə günü ortaq olaraq yaydıqları araşdırma hesabatına görə, ultra varlı ailələrin Şimal Amerikadakı sərmayə ofislərinin üçdə biri kriptovalyutalara sərmayə yatırır.
"Neft 300 dollara qalxacaq" - Treyderlər Mərc Etdilər
FED.az xəbər verir ki, qlobal olaraq 385 şirkət arasında keçirilmiş sorğuya görə, 2020-ci ildə kriptovalyuta sərmayələrindən əldə edilən orta xalis gəlirlilik 40% olub.
Sorğuda iştirak edənlərin dörddə biri Bitcoin mövqelərini artırmağı planlaşdırdıqlarını bildirib.
Londondakı "Campden Wealth"in Araşdırma Direktoru Rebecca Gooch, "Varlı ailələrin sərmayələrini idarə edən ofislər yavaş-yavaş kriptovalyuta sərmayəsinə başladı" deyib.
Kriptovalyuta bazarlarındakı böyük qiymət dalğalanmalarına baxmayaraq sərmayə ofisləri kriptovalyutalara sərmayə qoymağa davam edib və hətta bəziləri kriptovalyutaları inflyasiyaya qarşı yaxşı bir hedc olaraq görməyə başlayıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.