“Az-Lead” Məhdud Məsuliyyətli Cəmiyyəti hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar emissiya edib.
BOKT «Kredaqro» illik 11%-lə borc alacaq – ŞƏRTLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, cəmi 1 milyon manatlıq isstiqrazlar üzrə illik faiz dərəcəsi 13% təşkil edir.
İstiqrazlar üzrə hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir ödəniləcəkdir.
“Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % "İndart Holding" MMC-yə məxsusdur.
"Az-Lead" MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir.
Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "AZ-LEAD" MMC şirkətinə 4,2 milyon dollar kreditin ayrılmasını təsdiqləyib.
“Az-Lead” MMC 2021-ci ili 11 milyon 708 min manat gəlir və 1 milyon 579 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ildə 8 milyon 868 min manat gəlir əldə etsə də ili 172 min manat xalis zərər ilə bağlamışdı. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.