Dekabrın 28-də Bakı Fond Birjasında (BFB) BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 000 manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
FED.öaz xəbər verir ki, dekabrın 23-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Şərtlərə görə, istiqraz buraxılışı hər biri 5 000 manat olan 100 istiqrazın satışı formasında baş verəcək. İstiqrazlar 18 ay dövriyyədə olacaq, onların illik gəlirliyi 11% təşkil edir. Faizlər 3 aydan bir ödəniləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Ticarətə buraxlma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2003009167 |
Faizli təmin edilmiş sənədsiz adlı |
5,000 (ədəd) |
100 manat |
28.12.2022 |
11% |
18 ay |
İldə 4 dəfə |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.